Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyənin kənd təsərrüfatı nazirinin müavini Azərbaycana gəlir

Sabah “Bakı Ekspo Mərkəzi”ndə işə başlayacaq 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – “Caspian Agro 2021” ilə əlaqədar Türkiyədən 35 nəfərlik nümayəndə heyəti Azərbaycana gələcək. Onların arasında qonşu ölkənin kənd təsərrüfatı nazirinin müavini də var.

Bu barədə “Report”a Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Toğrul Qafarbəyli məlumat verib.

Onun sözlərinə görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişaf etdirilməsi barədə danışıqlar aparılacaq, o cümlədən işğaldan azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin iştirakı ilə kənd təsərrüfatı məhsullarının istehsalı müzakirə ediləcək.

“Azərbaycan Türkiyənin aqrar sahədə innovativ həllərlə bağlı təcrübəsindən yararlanmaq istəyir. Türkiyə ilə ortaq müəssisələr çox olsa da, yeni birgə müəssisələrin yaradılması ilə bağlı danışıqlar aparılır”, – deyə T.Qafarbəyli qeyd edib.

Check Also

Bakıda daha bir bina SÖKÜLÜR: 1340 AZN kompensasiya

Bakıda daha bir ünvanda yaşayış binası söküləcək. Söhbət paytaxtın Binəqədi rayonunda yerləşən, 2-ci Mədən korpusu …