Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyənin Media təmsilçiləri azad olunmuş torpaqları ziyarət etdilər

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin dəvəti ilə Türkiyədən İstanbul Media qrupunun heyyəti ölkəmizdə səfərdədir.

Boyukmillet.com xəbər verir ki, səfər çərçivəsində Bakı şəhərində keçirilən bir sıra görüşlərdən sonra nümayəndə heyyəti Qarabağ bölgəsinə səfər edib.

Qarabağa səfər edən nümayəndə heyyəti Bərdə və Tərtər şəhərində olublar. Hər iki rayonun icra başcıları, millət vəkilləri və Bərdə şəhər bələdiyyəsinin sədri ilə görüşüblər.

Daha sonra media üzvüləri şəhid ailələrini, qaziləri ziyarət edib və şəhidlərin il mərasimlərində iştirak ediblər.

Hər iki rayonda ermənilər tərəfindən raketlərlə dağıdılmış ərazilərə baxış keçirmişlər.

İSBAM-ın dəvəti ilə gələn nümayəndə heyyəti azad olunmuş torpaqlarda Suqovuşanı, Talış kəndini ziyarət etmişlər. Burada Azərbaycanın qəhrəman ordusu tərəfindən işğaldan azad olunan ərazilərdə görülən abadlıq işləri ilə tanış olmuşlar.

Qeyd edək ki, görüşlərdə İSBAM sədri Samir Adıgözəlli də iştirak edib.

Ayna Fərhad

Check Also

İran müharibəsinin hamı üçün dərsləri, rejim İran xalqına borclu düşdü… Aydın QULİYEV yazır…

İrana 40 günlük birləşmiş ABŞ-İsrail təcavüzündən tarixdə qalacaq ilk dərslər nə olacaq? 1. Tramp İranda unutmayacağı, …