Bazar ertəsi , 13 May 2024
Drone Cameras

Türkiyənin Miqrasiya İdarəsi təkzib edib: İqamət icazələrinin verilməsi dayandırılmayıb

Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi İstanbul rəsmilərinin “məcburi hallar” istisna olmaqla, şəhərin bütün rayonlarında əcnəbilərə ilkin iqamət icazəsinin verilməsini guya yasaqlaması ilə bağlı xəbərləri təkzib edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.

Bildirilib ki, İstanbulda “qapalı” deyilən ərazilərin siyahısı ötən ilin oktyabrından dəyişməyib və 10 bələdiyyə daxildir:

“İstanbulda əcnəbilərə iqamət icazəsi verilməsi üçün 39 rayonun qapanması ilə bağlı yayılan xəbərlər həqiqət əks etdirmir. Müraciətlər üçün qapalı rayonların sayı 10-dur”.

Xatırladaq ki, ötən gün Türkiyə mətbuatında ölkənin ən iri şəhəri olan İstanbulda əcnəbilərə ilkin iqamət icazəsinin verilməsinin dayandırıldığı barədə məlumat yaymışdı.

Check Also

İrəvanda və Ermənistanın bir sıra regionlarında itaətsizlik aksiyaları yenidən başlayıb

İrəvanda və Ermənistanın bir sıra regionlarında arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə itaətsizlik aksiyaları bərpa edilib. …