Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyənin səhiyyə naziri Ərdoğanın səhhəti ilə bağlı açıqlama verib

Koronavirusun “omikron” ştamına yoluxmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğanın səhhətinin vəziyyəti yaxşıdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca tviterdə yazıb.

Kocanın bildirdiyi kimi, xəstəlik onların işinə mane olmur.

Daha əvvəl Ərdoğan bildirib ki, o və həyat yoldaşı koronavirusun “omikron” ştamına yoluxublar.

Türkiyə liderinin sözlərinə görə, xəstəlik yüngül formadadır.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …