Çərşənbə , 1 May 2024
Drone Cameras

Türkiyənin vitse-prezidenti: “Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər qəbuledilməzdir”

“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər tarix və hazırkı reallıqlara uyğun deyil”

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin vitse- prezidenti Fuat Oktay tviterdə yazıb.

F.Oktay qeyd edib ki, bu diplomatik səyləri sabotaj edən açıqlamalardır:

“Onun fikirləri xoş niyyətdən tamamilə uzaqdır, tərəfli mövqeyin göstəriçisidir və diplomatik səyləri sabotaj edən açıqlamalardır. Heç bir halda bunların qəbul edilməsi mümkün deyil”, – o bildirib.

O, həmçinin beynəlxalq ictimaiyyətə müraciət edib. Vitse-prezident vurğulayıb ki, hazırda bölgədə sülh və sabitliyə ehtiyac var: “Regionda daimi sülh və sabitliyə ehtiyac olan bir vaxtda bütün beynəlxalq aktorları soyuqqanlı, ədalətli və məsuliyyətli davranmağa dəvət edirəm. Otuz ildir haqsız şəkildə işğal altında olan torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”.

Check Also

Baş direktor: ICESCO Azərbaycanla əməkdaşlıqdan qürur duyur

ISESCO Azərbaycanla əməkdaşlıqdan qürur duyur. Boyukmillet.com xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd …