Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Türkiyənin XİN başçısı Braziliyada səfərdədir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyanın paytaxtı Brazilliada səfərdədir.

Boyukmillet.com xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb.

“Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını həyata keçirmək və təmasda olmaq üçün Latın Amerikasındakı ən böyük ticarət tərəfdaşımız Braziliyadayıq”, – o qeyd edib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Cənubi Amerika turu çərçivəsində Uruqvayın paytaxtı Montevideoda olub. Orada Türkiyə səfirliyinin açılışında iştirak edən diplomat tədbirdən sonra ona etiraz edən ermənilərə “Bozqurd” işarəsi ilə cavab verib.

Check Also

Rubio: “ABŞ İranın Hörmüzə nəzarət etməsinə icazə verməyəcək”

ABŞ dövlət katibi Marko Rubio ABŞ prezidentinin İranın Hörmüz boğazına nəzarəti ələ keçirməsinin qarşısını almaq …