Cümə , 29 Mart 2024
Drone Cameras

Türkiyəyə göndərilən 2 qazi sağalaraq Vətənə geri dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb.

Bu barədə “Report”a Fonddan məlumat verilib.

Bildirilib ki, həmin şəxslər aşağıdakılardır:

  1. Alxasov Camal İlqar oğlu
  2. İskəndərli Elnur Zöhrab oğlu

Qeyd olunub ki, onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

“”YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir. “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq”, – məlumatda bildirilib.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …