Cümə , 14 Mart 2025
Drone Cameras

Türkmənistandan gətirilən pomidorda virus aşkarlanıb, məhsul partiyası məhv edilib

Azərbaycana idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı pomidor məhsulunda virus aşkarlanıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “Dəmir Yumruq-A” MMC-nin Türkmənistandan idxal etdiyi 9 000 kq pomidor məhsulu partiyasından nümunələr götürülüb. Laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.

“Yoxlama zamanı aşkarlanan bu virus yalnız bitki örtüyünə ziyan vurmaqla iqtisadi zərərə səbəb ola bilər”, – agentlik bildirib.

Check Also

Səhiyyə Nazirliyi Sabunçuda 15 nəfərin ölümünə səbəb olan etil spirti məsələsini araşdırır

Səhiyyə Nazirliyi Sabunçuda 15 nəfərin ölümünə səbəb olan etil spirti məsələsini araşdırır. Boyukmillet.com-un məlumatına görə, bunu …