Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Türkmənistan Azərbaycanla birgə komissiyanın heyətini təsdiqləyib

Azərbaycan ilə Türkmənistan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiyanın qonşu ölkə tərəfindən heyəti təsdiqlənib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Prezident Sərdar Berdiməhəmmədov hökumətin iclası zamanı müvafiq qərar imzalayıb.

Dövlət başçısı iki ölkə tərəfindən irimiqyaslı nəqliyyat logistika layihələrinin icrası, tranzit və ixracat potensialının üzə çıxarılması, işgüzar dairələr arasında əməkdaşlığın inkişafı, bütövlükdə, iki qardaş xalq arasında dostluğun daha da gücləndirilməsində sözügedən komissiyanın əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan ilə Türkmənistan nəqliyyat, tranzit və logistika məsələləri üzrə Birgə Komissiyanın yaradılmasına dair müvafiq saziş 2018-ci il noyabrın 28-də Prezident İlham Əliyevin Aşqabada işgüzar səfəri zamanı imzalanıb.

Check Also

Türkiyə-Azərbaycan qardaşlığının qorunması və gələcək nəsillərə ötürülməsi hər iki ölkənin cəmiyyətlərinin üzərinə düşən mühüm vəzifələrdəndir.

Türkiyə-Azərbaycan münasibətləri qarşılıqlı maraqlara əsaslanan adi dövlətlərarası əlaqələr deyil. Bu münasibətlərin təməlində xalqlarımızın tarixi, milli …