Bazar , 25 Oktyabr 2026
Drone Cameras

TÜRKSOY-a üzv ölkələrin nümayəndələri Şuşa qalası və Cıdır düzündə olublar

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının iştirakçıları Şuşa şəhərindəki Qala divarlarında olublar.

Boyukmillet.com xəbər verir ki, qonaqlara şəhərin qədim tarixi barədə, işğal dövründə abidələrin vandalizmə məruz qalması haqqında ətraflı məlumat verilib.

Qonaqlar tarixi abidənin qarşısında birgə şəkil çəkdiriblər.

Daha sonra Cıdır düzünə hərəkət edən nümayəndə heyəti oradan əsrarəngiz mənzərəni seyr ediblər.

Qeyd edək ki, bu gün Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi olub.

Check Also

MHP-dən Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

MHP sədrinin müavini İlyas Topsakal Azərbaycan və Türkiyə münasibərləri ilə bağlı son günlər yaşanan gərginliklərlə …