Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Twitter” İranın ali liderinin hesablarından birini həmişəlik bloklayıb

“Twitter” şirkəti İranın ali rəhbəri Seyid Əli Xameneinin hesablarından birini ABŞ-ın keçmiş prezidenti Donald Trampla bağlı video paylaşdıqdan sonra bloklayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “İran İnternational” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, şirkət Seyid Əli Xameneinin hesablarından birini həmişəlik bağlayıb. Videoda İranın pilotsuz uçan aparatı general Qasım Süleymaninin intiqamını almaq üçün ABŞ-ın keçmiş prezidenti Donald Trampı vurur.

Xatırladaq ki, İran İnqilabı Keşikçiləri Qvardiyası (“Sepah”) “Quds” qanadının komandanı general Qasım Süleymani Bağdadın hava limanına endirilən raket zərbələri nəticəsində ölüb.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …