Çərşənbə , 26 Yanvar 2022
Home » Siyasət » Üç iri desant gəmi qruplaşması, tam yüklü… – Ultimatum rədd edildi, MÜHARİBƏ YAXINLAŞDI

Üç iri desant gəmi qruplaşması, tam yüklü… – Ultimatum rədd edildi, MÜHARİBƏ YAXINLAŞDI

Əvvəl Cenevrədə (ABŞ-Rusiya formatında), daha sonra Brüsseldə (NATO-Rusiya formatında) keçirilən Moskva-Qərb danışıqlarından heç bir nəticənin əldə edilməməsi, yaxud Qərbin Rusiyanın irəli sürdüyü ultimativ tələbləri rədd etməsi Ukraynaya gözlənilən hücum təhlükəsini daha da artırıb. Qərb mətbuatı yazır ki, Kreml hücum üçün sərt şaxtaların düşməsini gözləyir, çünki havaların nisbətən yumşaq keçməsi səbəbindən yer hələ donmayıb, bu da Donbass regionunda və Ukraynanın şərqində ağır hərbi texnika kalonlarının hərəkətini çətinləşdirərdi. Lakin qarşıdan sərt şaxtalar gəlir və ehtimal edilir ki, hücum üçün yanvarın sonları, fevralın əvvəlləri seçiləcək.

Ola bilsin Qazaxıstana yeridilən Rusiya hava-desant qoşunlarının tələsik geri çıxarılması da (ən azından qismən) Ukraynaya hücum planları ilə bağlıdır. Çünki KTMT kontingenti tərkibində Qazaxıstana yeridilən desant bölmələri Rusiya ordusunun əsas zərbə gücünü təşkil edir.

Bu arada Şimal dənizindən Baltik dənizinə üç iri desant gəmi qruplaşmasının istiqamət aldığı məlum olub. Telegram-kanallarda yayılan məlumata görə, Baltik körfəzi sahillərində yaşayan sakinlər ötən gün hansısa yüklərlə tam yüklənmiş halda “Pyotr Morqunov”, “Olenoqorskiy qornyak” və “Georgi Pobedenoses” desant gəmilərinin, habelə onları müşaiyət edən gəmilərin Kalininqrad vilayəti istiqamətində hərəkətini müşahidə ediblər. Rusiya hərbi-dəniz qüvvələrinin Şimal donanmasının eyni vaxtda üç iri desant gəmisinin Baltik dənizinə göndərilməsi Rusiya Müdafiə Nazirliyinin NATO-ya cavabı kimi dəyərləndirilir. Yaxud ola bilsin bu, Ukraynaya gözlənilən hücuma NATO-nun mümkün cavabını önləmək üçündür.  Ehtimal edilir ki, gəmilər Kalininqrad vilayətində yerləşdirilmək üçün operativ-taktiki raketlər, tanklar və digər hərbi texnikanı daşıyır.

Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko isə bu ölkənin sərhədlərinə doğru cəmləşdirilməkdə olan,-hansı ki, 2022-ci ilin əvvəlindən bu proses daha da sürətlənib,-Rusiya hərbi texnikasının üzərindəki tanınma nişanlarının ağ boya ilə boyanmasına diqqəti cəlb edib. 

Ekspert 2014-cü ildə Donbassda müharibə başlayanda da Rusiya texnikasının bu cür tanınma nişanları olmadan sərhədə cəmləşdirildiyi, oradan isə Donetsk və Luqansk vilayətlərinə yeridildiyini xatırladır. Tanınma işarələrinin boya ilə örtülməsi isə bu hərbi texnikanın Rusiyaya məxsus olduğunu pərdələmək üçündür.

Check Also

Azərbaycan – Ukrayna münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur

Yanvar ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya  işgüzar səfəri ölkələrimiz və xalqlarımız arasında …