Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir.

Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Al Jazerra” yayıb.

“2000-dən 3000-ə qədər gəmi Hörmüz boğazının arxasında qalıb və keçə bilmir”, – məlumatda qeyd olunub.

“Lloyd’s List”in məlumatlarına əsasən, martın 1-dən bəri Hörmüz boğazında dəniz hərəkəti 94 faiz azalıb: “Gündəlik təxminən 100 gəmi keçirdi, lakin indi İran tərəfindən müəyyən edilmiş marşrutlarla yalnız bir neçə gəmi hərəkət edir”.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. İranın Ali rəhbəri Əli Xamenei və bir neçə vəzifəli şəxs öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarını hədəf alıb. Hörmüz boğazı isə ABŞ, İsrail və bu ölkələrin müttəfiqləri üçün bloklanıb.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …