Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 350 hərbçisi zərərsizləşdirilib”

“Son sutkada Ukraynada Rusiya ordusunun 350 hərbçisi məhv edilib”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 53 300-ə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 175 tank, 4 662 zirehli döyüş maşını, 1 279 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 165 hava hücumundan müdafiə sistemi, 244 təyyarə, 213 helikopter, 904 PUA, 233 qanadlı raket, 15 gəmi, 3 469 avtomobil texnikası və avtosistern, 117 xüsusi texnikadan ibarətdir.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …