Şənbə , 7 Mart 2026
Drone Cameras

Ukrayna energetika nazirinin müavini: “Strateji marağımız Azərbaycanla əməkdaşlıqdır”

Ukraynanın strateji marağı Avropa İttifaqı (Aİ), ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıqdır.

Boyukmillet.com xəbər verir ki, bunu ölkənin energetika nazirinin müavini Nikolay Kolesnik deyib.

Kolesnik qeyd edib ki, Ukrayna Xəzər dənizindən Aİ-yə təbii qazın tranziti və saxlanması üçün sərbəst imkanlar təqdim etməyə hazırdır.

Nazir müavininin sözlərinə görə, Ukrayna bu gün neft-qaz kompleksində əməkdaşlıq çərçivəsində tərəflərin tamhüquqlu tərəfdaşıdır.

“Azərbaycanla əməkdaşlıq çərçivəsində əsas infrastruktur layihələrindən biri neftin Xəzər regionundan Aİ bazarlarına nəqli üçün yeni marşrutun yaradılması üzrə Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsidir. Biz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində maraqlıyıq və təbii qazın nəqli marşrutlarının şaxələndirilməsində əməkdaşlığa hazırıq”, – Nikolay Kolesnik vurğulayıb.

Check Also

Avropa Azərbaycan qazına daha çox bağlanır – Bakıdan yeni enerji hücumu

Cənub Qaz Dəhlizinin ötürmə gücü artırılır Martın 3-də Bakı Konqres Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət …