Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ukrayna ordusu: Rusiyanın insan itkisi 4 500 nəfərə çatıb

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə ərzində Rusiya qoşunlarının şəxsi heyətinin itkisi təxminən 4 500 nəfər təşkil edib.

Boyukmillet.com xəbər verir ki, məhv edilmiş və ya zədələnmiş təyyarələrin sayı 27 ədəd (dəqiqləşdirilir), helikopterlər 26 ədəd, tanklar – təxminən 150 ədəd, toplar təxminən 50-dir. Eləcə də BUK hava hücumundan müdafiə sistemləri – 1 ədəd, taktiki səviyyəli silahlar – 60 ədəd, gəmilər, qayıqlar – 2 ədəddir.

Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya Federasiyası aviasiya texnikası toplamaqda və xüsusi təyinatlıları aktivləşdirməkdə davam edir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …