Çərşənbə axşamı , 23 Aprel 2024
Drone Cameras

Ukrayna Prezident Ofisi: “Rusiya ilə danışıqlar aparmağın mənası yoxdur”

“Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar dayandırılıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

“Çünki Rusiya hələ də məsələnin hərbi yolla həllinə inanır. Qarşı tərəf ölkəmizin şərqinə ciddi miqdarda resurs, ehtiyat işçi qüvvəsi cəmləyiblər. Onlar müəyyən situativ qələbələr əldə etmək, yəni ərazimizin bir neçə kilometrini ələ keçirmək və daha güclü mövqedə olduqdan sonra danışıqlar tələb edirlər”, – o söyləyib.

M.Podolyakın sözlərinə görə, Ukrayna Rusiyanın taktikasını başa düşür: “Düşmən qoşunları Ukrayna sərhədlərinə mümkün qədər sıxışdırılmayana qədər Rusiya nümayəndələri ilə danışıqlar aparmağın mənası yoxdur”.

Qeyd edək ki, M.Podolyak daha əvvəl Rusiya ilə danışıqların yalnız humanitar mövzularda davam etdiyini bildirmişdi.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …