Bazar , 11 Yanvar 2026
Drone Cameras

Ukrayna Rusiyanın ən böyük neft emalı zavodlarından birini də vurdu

Oktyabrın 4-nə keçən gecə Kirişi şəhərində (Rusiya, Leninqrad vilayəti) Ukraynaya məxsus pilotsuz təyyarələr Kirişinefteorqsintez neft emalı zavoduna (KINEF) zərbələr endirib. Musavat.com  Unian-a istinadən xəbər verir ki, regionun qubernatoru Aleksandr Drozdenko sənaye zonasında yanğın baş verdiyini, yanğını söndürmək üçün təcili xidmətlər cəlb olunduğunu açıqlayıb.

Drozdenko bildirib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri 7 pilotsuz təyyarəni vurub. Şahidlərin sözlərinə görə, ən azı dörd dron neft emalı zavoduna zərbələr endirib.

Kirişinefteorqsintez Ukrayna sərhədindən 800 km-dən çox məsafədə yerləşir və Surqutneftegaz-a məxsusdur. Bu, illik gücü 10 milyon tondan çox neft olan Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. Neft emalı zavodu benzin, dizel, təyyarə yanacağı və digər neft məhsulları istehsal edərək Rusiyanın daxili tələbatının əhəmiyyətli hissəsini ödəyir.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …