Rəsmi Kiyev və Varşava Polşaya elektrik enerjisi ixracının həcmini 1 GVt-a qədər artırmaq üçün dövlətlərarası hava xəttini istifadəyə verir.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Bir gün əvvəl Ukraynanın energetika naziri Herman Qaluşenko və Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin yaxşılaşdırılması və Rusiyanın enerji daşıyıcılarının tədarükündən imtina edilməsi məqsədilə energetika sahəsində əməkdaşlığa dair niyyət memorandumu imzalayıblar.
“Ukrayna və Polşa arasında dövlətlərarası hava xəttinin tətbiqi ENTSO-E ölkələrinin enerji sistemləri ilə əlaqəmizin dayanıqlığını artıracaq, enerji bazarlarının daha da sinxronlaşdırılmasına və inteqrasiyasına töhfə verəcək. Onun istifadəyə verilməsi Ukraynaya Polşaya elektrik enerjisi ixracını 1 GVt-a qədər artırmağa imkan verəcək”, – H.Qaluşenko bildirib.
Həmçinin Ukrayna Energetika Nazirliyinin saytında verilən məlumata görə, sənəd 400 kV-lik gərginlikdə istismara verilməsi üçün ölkələr arasında dövlətlərarası hava xəttinin bərpası planını nəzərdə tutur.