Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Ukraynada 10 milyondan çox insan evini tərk edib, 148 uşaq ölüb

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra 10 milyondan çox sakin evini tərk etməli olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Qeyd olunub ki, Rusiya hərbçiləri 148 uşağın ölümünə səbəb olub.

“Rusiya əsgərləri Ukraynaya öldürmək və məhv etmək üçün gəliblər. 148 uşaq Rusiya hərbçiləri tərəfindən açılan atəş və hava hücumları nəticəsində həlak olub. 10 milyondan çox ukraynalı müharibə səbəbindən evlərini tərk edib”, – məlumatda deyilir.

BMT Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) isə bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan indiyədək azı 1 232 ukraynalı mülki şəxs həlak olub, daha 1935 nəfər yaralanıb.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …