Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukraynada fövqəladə vəziyyət elan edilib

Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı imzaladığı fərmanı təsdiq edib.

Boyukmillet.com xəbər verir ki, müvafiq qərarın lehinə 335 deputat səs verib.

Artıq 24 fevral 2022-ci il saat 00:00-dan etibarən ölkədə 30 gün müddətinə fövqəladə vəziyyət elan edilir.

Fövqəladə vəziyyət elan edilən ərazilərdə aşağıdakı tədbirlər görüləcək:

xüsusi giriş və çıxış rejimi, habelə hərəkət azadlığının məhdudlaşdırılması (zəruri olduqda);

nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması və onların yoxlanılması (zəruri olduqda);

ictimai asayişin və əhalinin və xalq təsərrüfatının həyati fəaliyyətini təmin edən obyektlərin mühafizəsinin gücləndirilməsi;

kütləvi tədbirlər, tətillər qadağandır;

Eyni zamanda rayon və Kiyev şəhər dövlət administrasiyalarının sədrləri fövqəladə vəziyyətin hüquqi rejiminin tədbirlərinin həyata keçirilməsi üçün icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının, müəssisə, idarə və təşkilatların hərəkətlərini əlaqələndirmək üçün administrasiya rəhbərlərinin başçılığı ilə operativ qərargahlar yaradacaqlar.

Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidməti ölkədə fövqəladə vəziyyət elan olunması ilə bağlı qərar qəbul edib.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …