Bazar ertəsi , 24 Fevral 2025
Drone Cameras

Ukraynada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kitab nəşr edilib

Ukraynada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan kitab nəşr edilib.

Boyukmillet.com xəbər verir ki, “Millətin atası” adlı kitabın müəllifi Ukraynanın Azərbaycanəsilli hüquq elmləri doktoru, professor Arif Quliyevdir.

Ukrayna Milli Elmlər Akademiyasının Ümumdünya Tarixi İnstitutunda ölkənin elm ictimaiyyətinin iştirakı ilə nəşrin təqdimatı keçirilib.

Kitabda Heydər Əliyevin Azərbaycan xalqı ilə yanaşı keçmiş sovet xalqları, o cümlədən ukraynalıların yaxın tarixində oynadığı roldan bəhs edilir.

Xatırladaq ki, professor Arif Quliyev uzun müddətdir Ukrayna ali məktəblərində dərs deyir.

Check Also

Trump niyə Zelenskinin aktyorluğuna eyham vurur və onu yada salır?

Çünki Zelenski ABŞ-ın öz seçimidir. Zelenski bir aktyor kimi KQB Putini özünə ram etmişdi. Putin …