Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ukraynalı nazir Türkiyənin “Togg” elektromobilindən razılığını ifadə edib

Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilindən danışıb.

Boyukmillet.com Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, o, minik avtomobilindən razılığını ifadə edib.

Bildirilib ki, Kubrakov dünən Türkiyədə səfərdə olarkən Milli Müdafiə Nazirliyinə verilmiş “Togg”a əyləşib.

O, yerli istehsal olan avtomobillə bağlı müsbət təəssüratlarını milli müdafiə naziri Hulusi Akarla bölüşüb.

Qeyd edək ki, ukraynalı nazir dünən Türkiyənin Kayseri şəhərində səfərdə idi. O, Hulusi Akarla görüşüb. Tərəflər Ukraynadakı müharibəni, həmçinin “Taxıl sazişi”nin icrasını müzakirə ediblər.

Xatırladaq ki, “Togg” Türkiyənin ilk yerli elektromobilidir. Onun istehsalına başlanılmasının anonsunu ilk dəfə 2017-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan verib. Bundan bir il sonra qonşu ölkənin 5 aparıcı şirkəti – “Anadolu Group” (19 %), BMC (19 %), “Root Group” (19 %), “Türkcell” (19 %), “Zorlu Holding” (19 %) and TOBB (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə müəssisə yaradıb. İki ildən sonra isə Türkiyənin Bursa vilayətinin Gemlik rayonunda dəyəri 22 milyard lirə və yaxud 1 milyard ABŞ dollarından çox olan zavodun inşasına başlanılıb. Tikintisində 9 700 nəfərin iştirak etdiyi müəssisə 2022-ci ildə istismara verilib və ötən il oktyabrın 29-dan burada “Togg”un kütləvi istehsalına başlanılıb.

Müəssisədə ilkin olaraq ildə 175 000 ədəd elektromobilin istehsalı nəzərdə tutulub. Bu isə 4 300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə qədər isə illik istehsal gücü 1 milyon ədədi keçəcək.

Artıq “Togg”un satışına start verilib. Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, vətəndaşların 95 %-i yerli elektromobili bəyənir. C sinifli SUV tipli elektromobil eyni sinifdəki daxili yanma mühərrikli avtomobillərlə rəqabət aparacaq.

Bu il martın əvvəlindən “Togg”un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. İlk saatlardan model üçün 22 150 sifariş qəbul olunub.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …