Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Ukraynanın 3 limanının işi bərpa olunub

Ukraynanın Qara dənizdə yerləşən 3 limanının işi bərpa olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrindən bildirilib.

Qeyd olunub ki, taxıl ixracına dair sazişə uyğun olaraq Odessa, Qara dəniz və “Cənub” limanlarının işi bərpa edilib.

Hazırda sözügedən limanlara nəzarət tamamilə Ukrayna tərəfindədir.

Xatırladaq ki, iyulun 22-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi və BMT baş katibi Antonio Quttereşin iştirakı ilə Rusiya və Ukrayna nümayəndələri arasında taxıl ixracına dair saziş imzalanıb.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …