Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Ukraynanın aqrar siyasət naziri Azərbaycana səfər edəcək

Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

“Report”un Şərqi Avropa bürosunun Ukrayna Nazirlər kabinetindən əldə etdiyi məlumata görə, səfər yanvarın 30-da gözlənilir.

İki günlük nəzərdə tutulan rəsmi səfərdə bir sıra görüşlərin və müzakirələrin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu il yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin Ukraynaya işgüzar səfəri çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenko aqrar sahədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar.

Check Also

AQC İdarə Heyətinin sədri Ankarada rəsmi görüşlər keçirib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun Türkiyəyə səfəri çərçivəsində Ankarada bir sıra …