Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukraynanın sabiq birinci xanımı Azərbaycana təşəkkür edib

“Biz göndərilən hərbi dəstəyə görə təşəkkür edirik. Amma bizim daha çox silaha, hərbi yardıma ehtiyacımız var”.

Boyukmillet.com xəbər verir ki, bunu bu gün IX Qlobal Bakı Forumu ilə bağlı keçirilən mətbuat konfransında Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko bildirib. Onun sözlərinə görə, bu, mövcudluq, yaşamaq məsələsidir:

“Biz bilirik ki, bir qarış torpaqdan imtina etmək nə ilə nəticələnəcək, oradakı insanlar öldürüləcək. Biz dünyanı inandırmalıyıq ki, hərbi dəstəyə ehtiyacımız var”.

O deyib ki, bu qeyri-qanuni müharibə ərzaq təhlükəsizliyini, qlobal düzəni təhdid edir:

“Biz silah istəyirik, bilirik ki, silahların göndərilməsi zaman alacaq, amma bu sürətli edilməlidir”.

Ukraynanın sabiq birinci xanımı Azərbaycana da təşəkkür edib:

“Ukrayna xalqı adından Azərbaycan hökumətinə, xalqına bizə verdiyiniz dəstək üçün təşəkkür edirəm. Sizin Ukraynaya verdiyiniz humanitar yardımı yüksək qiymətləndiririk. Hökumətimiz, xalqımız və mediamız Azərbaycanın qətiyyətli dəstəyinin fərqindədir və bunu qiymətləndirir”.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …