Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Ukraynanın silah istehsalı 35 dəfə artıb

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri silah istehsalı 35 dəfə artıb. Ukrayna sürəti azaltmağı planlaşdırmır. Bu barədə ölkənin müdafiə naziri Denis Şmıqal bildirib.

“Ukrayna silahlarının istehsalının artırılması əsas müdafiə prioritetlərindən biridir. Biz müharibə başlayandan bəri istehsalı əhəmiyyətli dərəcədə artırmışıq – 35 dəfə. Bizim rəqəmləri daha da artırmaq üçün potensialımız var”, – Şmıqal qeyd edib.

Onun sözlərinə görə, hazırda cəbhədə Ukrayna silahlarının payı 40% təşkil edir. İndi hədəf 50%-ə çatmaqdır.

İyulun 18-də Vladimir Zelenski Ukraynanın yeni müdafiə naziri Denis Şmıqalla görüş keçirib və Müdafiə Qüvvələrinə lazım olan pilotsuz uçuş aparatları ilə bağlı bütün müvafiq müqavilələri təcili şəkildə bağlamağı tapşırıb.

Check Also

İsrail dronu SEPAH-ın aparıcı fiqurunu Tehranda öldürdü

İranın paytaxtı Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin aparıcı şəxslərindən biri hesab olunan Məcid Kaşefi öldürülüb. Boyukmillet.com …