UKRAYNANIN XARKOV ŞƏHƏRİNDƏ SOVET İTTİFAQI QƏHRƏMANI FARİZ SƏFƏROVUN ADI ƏBƏDİLƏŞDİRİLİB.
Diaspor.info saytının Ukrayna bürosu xəbər verir ki, Azərbaycanın qəhrəman oğlu Fariz Səfərovun adı Xarkov şəhərində əbədiləşdirilib. Belə ki, şəhərin ən yaxşı yerlərindən birində, böyük bir ərazisi olan park artıq Azərbaycan oğlunun adını daşıyır. Bunun üçün “Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin” Xarkov vilayəti üzrə sədri Qurban Abbasov xeyli çalışmışdır. 2003-cü ildən BUAK-nin Xarkov vilayəti üzrə sədri Qurban Abbasov parkla bağlı bütün sənədləşmə və maddi vəsait məsələləri ilə məşğul olmuş və onları yüksək səviyyədə həll etmişdir.
Qurban Abbasov Saytımızın Ukrayna bürosuna parkın açılışı ilə bağlı telefonla müsahibə də, vermişdir: “Fariz Məcid oğlu Səfərov Sovet ittifaqı qəhrəmanıdır, Ukraynada bir neçə şəhərin, o cümlədən Xarkovun alman faşistlərindən azad olunmasında böyük şücaət göstərən qəhrəman Azərbaycanlılardandır. Biz onun kimi Azərbaycan oğullarıyla fəxr etməliyik və edirik də, bizim də, üzərimizə düşən vəzifə borcu onun adının əbədiləşdirilməsi işi idi ki, onun da, öhdəsindən gəldik. Burada möhtəşəm bir park açılıb və onun içərisində Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Bu iş həm nüfuz tələb edirdi, həm də, maddi vəsait. Xalqımızın qeyrətli oğulları sağolsunlar, bir çox işlərin görülməsində maddi dəstək verdilər. Bu gün hər bir Azərbaycanlının qürurla gedəcəyi bir yerimiz vardır. Sözügedən parkın açılışı Xarkov şəhərinin alman faşistlərindən azad olunması gününün növbəti ildönümünə təsadüf etdi. Əslində bu belə də, olmalıydı, çünki Fariz Səfərov Xarkov şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərmişdilər. Odur ki, şəhər meriyası belə qərara gəlmişdir. Tədbirimiz çox möhtəşəm keçdi, konsert proqramı və sonunda da, atəşfəşanlıqla bitdi. Tədbirdə şəhərin rəhbərliyi, qonaqlar, o cümlədən “Birləşmiş Ukrayna
Azərbaycanlıları Konqresinin” sədri, ictimai-siyasi xadim Rövşən Tağıyev də, iştirak etdi. Rövşən müəllim geniş və məzmunlu çıxışıyla tədbirimizi daha da, maraqlı etdi.”
Qurban müəllim söhbətimiz zamanı onu da, xüsusi qeyd etdi ki, tədbirdə Xarkovda fəaliyyət göstərən Azərbaycan məktəbinin müəllimləri də, mükafatlandırılanlar arasında olublar.
Diaspor.info
Ukrayna