Şənbə , 7 Mart 2026
Drone Cameras

Ülvi Həsənli nədə ittiham olunur? – Vəkili açıqladı

Ötən gün səhər saxlanılan “Abzas Media” saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib.

Boyukmillet.com xəbər verir ki, vəkili Zibeydə Sadıqova Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlandığını bildirib.

Hazırda ilkin istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Ü.Həsənli ötən gün səhər xaricə yola düşərkən saxlanılıb. Onun ofisində axtarış zamanı 40 min avro pul aşkar edildiyi bildirilir.

Check Also

DTX SEPAH-ın Azərbaycanda planlaşdırdığı terror aktlarının qarşısını alıb

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilmiş kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının …