Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ümumiyətlə QHT-lər, mətbuat, ictimai fəallar, hara baxırlar?

Boyukmillet.com-un redaktoru Sima Babayeva öz facebook hesabında imkansız bir ailənin maddi vəziyyəti ilə bağlı paylaşım edib.

Həmin paylaşımı sizlərə təqdim edirik.

Bu gün axşam üstü həyətdə hay-küy eşitdim. Çıxanda gördüm ki, çox uşaqlı, ailə başçısı olmayan bir ailənin işığını kəsiblər. Əlaçsız ana ora-bura vurnuxur, işıq idarəsinin işçisinə yalvarırdı. Deyirdi ki, “Vallah imkanımız yoxdur, çörəyi zornan alırıq. Qaranlıqda necə oturaq?

Bizə bir-iki gün möhlət ver. İşıq idarəsinin işçisi isə bildirirdi ki, o buna məcburdur. Yoxsa işdən çıxardacaqlar. Mən də yaxınlaşıb xahiş edəndən sonra iki günlük möhlət aldıq. Öyrəndim ki, bu ailə dövlət strukturullarindan heç bir yardim ala bilmir.

Məətəl qalmışam. Bu sosial yardımlar kimin üçündür? Sosial müdafiə Nazirliyi nə üçündür? Bu yetim uşaqlar çörək tapmadığı halda Sahil Babayev kimilər niyə yağ-bal içində üzürlər? Yaxud işiq idarələrində niyə belə ailələr nəzərə alınmır? Niyə villalarda işiq pulu ödənilməyəndə heçkəs işiğı kəsməyi heç ağlına gətirmir?

Ümumiyətlə QHT-lər, mətbuat, ictimai fəallar, hara baxırlar?

Sima Babayeva

Check Also

Əhaliyə ödənişlər DSMF-nin ümumi xərclərinin 97 faizə yaxın hissəsini təşkil edəcək

Dövlət Sosial Müdafiə Fondunun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,52%-ni və ya 7 milyard 408 …