Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Uşaqları qohumlarının övladlığa götürməsi proseduru asanlaşdırıldı

Prezident İlham Əliyev Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.

Boyukmillet.com-un xəbərinə görə, təsdiq edilmiş dəyişikliklə uşağı övladlığa götürmək istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

– övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

– övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

– övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

– övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Check Also

Gənc istedadlara xüsusi təqaüd veriləcək – 61 min manat ayrıldı

Gənc istedadlara xüsusi təqaüdlər verilib.  Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam …