Cümə axşamı , 21 May 2026
Drone Cameras

“Uşaqpulu verilsə hamı tənbəlləşəcək, adamlar işləməyəcək” – Deputat Günay Ağamalı

Milli Məclisin deputatı Günay Ağamalı uşaqpulu mövzusunun hazırda müzakirə edilmədiyini və buna ehtiyac da olmadığını bildirib.

Boyukmillet.com xəbər verir ki, deputat “Günə doğru” verilişində çıxışı zamanı hazırda ailələrə müxtəlif sosial müavinətlərin verildiyini xatırladıb və uşaqpulunun tətbiqinin bəzi mənfi nəticələrə səbəb ola biləcəyini deyib. Onun sözlərinə görə, bu cür sosial ödənişlər bəzi insanlarda işləmək həvəsini azalda bilər:

“Uşaqpulu məsələsi gündəliyə gələrsə tətbiq olunarsa, heç düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır. Amma dediyim kimi, hazırda digər ad altında sosial müavinətlər verilir və şərtlər də çətin deyil”.

Check Also

Prezidentdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, Prezident İlham Əliyev bununla …