Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb.
Boyukmillet.com -un məlumatına görə, Bakı Su İdmanı Sarayındakı açılış mərasimindən sonra müxtəlif yaş kateqoriyalarında 150 FİNA xalı toplamış 130-a yaxın qızlar və oğlanlar güclərini sınayıblar.
Yarışa Azərbaycan idmançıları ilə birlikdə Türkiyə təmsilçiləri də qatılıb. Açıq ölkə çempionatında Bakının müxtəlif klubları ilə yanaşı Naxçıvan Müxtar Respublikasından və Sumqayıt şəhərindən üzgüçülər də iştirak ediblər.
Turnirin ilk günündə oğlanlardan Abdurəhman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, qızlardan isə Məryəm Şeyxəlizadəxangah, Selcan Əbdurəhmanlı, Ayan Kələntərova, Aysel Səfərova, Fatimə Alkərəmova fəxri kürsünün ən yüksək pillələrinə yüksəliblər.
Qeyd edək ki, çempionata noyabrın 28-də yekun vurulacaq. Qaliblər medallar, diplomlarlar və pul mükafatları ilə təltif olunur.