Cümə , 10 May 2024
Drone Cameras

Vəkilov Qərbi azərbaycanlılarla bağlı layihə başlatdı

“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan haqqında tarixi həqiqətlərin araşdırılması və təbliği” layihəsinin icrasına başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Axar.az-a qurumun sədri Səməd Vəkilov məlumat verib.

O bildirib ki, layihənin əsas ideyası Ermənistan və onların havadarları tərəfindən azərbaycanlılara qarşı aparılan deportasiya və etnik təmizləmə siyasətinin konkret bir icmanın timsalında göstərməkdən ibarədir:

“Layihə çərçivəsində deportasiya və etnik təmizləmə ilə bağlı əsas məlumatlar verilmək şərti ilə diqqət Əmirli (İmirli) kəndində məskunlaşan icmaya yönələcək. Belə ki, Əmirli (İmirli) kəndində məskunlaşan icmaya yönələcək kitabın hazırlanması və Qərb Azərbaycanda bağlı 5 internet TV verilişin ərsəyə gətirilməsi planlaşdırılır”.

Check Also

“Azərbaycanda insan hüquqları sahəsində problemlər var”

“Azərbaycanda demokratiya, insan hüquqları sahəsində ciddi problemlər var və bununla bağlı da beynəlxalq qurumlar tərəfindən …