Çərşənbə axşamı , 19 Mart 2024
Drone Cameras

Vətən müharibəsi qazisinə İcra Hakimiyyətində vəzifə verilib  

Vətən müharibəsi qazisinə Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) vəzifə verilib.

Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsi qazisi, II qrup əlil Eyvaz Əmir oğlu Hüseynzadə icra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin edilib.

O, bu vəzifəyə Lənkəran ŞİH-in başçısı Taleh Qaraşovun müvafiq sərəncamı ilə gətirilib.

İcra başçısı Taleh Qaraşov yeni vəzifəyə təyinat alan Vəıtən müharibəsi qazisini qəbul edərək ona çətin və şərəfli işində uğurlar arzulayıb, tutduğu vəzifənin əhəmiyyəti və məsuliyyəti barədə E.Hüseynzadəyə tapşırıq və tövsiyələrini verib.

Vətən müharibəsi qazisi, II qrup əlil E.Hüseynzadə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıya görə, Ali Baş Komandan, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib:

“Cənab İlham Əliyevin məmurlar qarşısında qoyduğu prioritet tələblərdən biri də şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının daim diqqətdə saxlanılmasıdır. Lənkəran Şəhər İcra Hakimiyyəti bu qəbildən olan insanlara hər zaman böyük həssaslıqla yanaşıb, onların qayğı və problemlərinin həlli istiqamətində bütün imkanlarını səfərbər edib”.

Qeyd edək ki, Lənkəranın Velədi kənd sakini E.Hüseynzadə 44 günlük Vətən müharibəsində hərbi əməliyyatların yerinə yetirilməsində iştirak edib.

O, mühüm hərbi əməliyyatların icrası zamanı və döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsində böyük cəsarət, igidlik və şücaətlər nümayiş etdirib. .

Göstərdiyi igidliyə görə, Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”“Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Check Also

Ermənilər Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdıb

Erməni separatçıları işğal dövründə Xocalı rayonunun Malıbəyli kəndinin qəbiristanlığını tamamilə dağıdaraq yer üzündən siliblər. “Report”un …