Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib

İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidi, leytenant Samir Əliyevin anım mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, S.Əliyev 1999-cu il avqustun 9-da Bakı şəhərinin Suraxanı rayonunun Zığ qəsəbəsində anadan olub. 2016–2020-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb, o, 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. S.Əliyev İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, sentyabrın 29-da Suqovuşanın azad edilməsi zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

S.Əliyev ölümündən sonra “Rəşadət” ordeni, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …