Şənbə , 27 Aprel 2024
Drone Cameras

Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsi açılıb

Bakıda Vətən müharibəsi şəhidləri Orxan İsmayilov, Fərid Əsgərov və Əli Qsasımovun xatirə lövhəsinin açılış mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə hər üç şəhidin qəhrəmanlığından, onların vətənpərvərliyindən söz açılıb.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.

Qeyd edək ki, şəhid Fərid Ərəstun oğlu Əsgərov “Vətən uğrunda”, Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları, şəhid Əli İbrahim oğlu Qasımov “Vətən uğrunda” medalı, şəhid Orxan Zöhrab oğlu İsmayılov isə “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Check Also

Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür

 Bu gün Azərbaycan və Ermənistan arasında baş vermiş Aprel döyüşlərinin növbəti ildönümüdür. Boyukmillet.com xatırladır ki, Azərbaycan …