Çərşənbə axşamı , 9 Dekabr 2025
Drone Cameras

Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır – FOTO

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında (RMX) yaralı döyüşçüləri ziyarət edənlərdən birinin burada unutduğu çantanın sahibi hələ də axtarılır.

Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsi zamanı hərbi xəstəxanaya çevrilən Biləsuvar RMX-da yaralı döyüçşçüləri ziyarət edənlərdən biri burada çantasını unudub.

Xəstəxanadan bildirilib ki, çanta yaralı döyüşçülərdən birinin yanına gətirilən övladına aiddir: “Çantanın içində uşaq paltarları var”.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Biləsuvar Rayon Mərkəzi Xəstəxanası hərbi xəstəxanaya çevrilib.

Burada yüzlərlə yaralı döyüşçülərə xidmət göstərilib.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …