Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Vətən müharibəsində Ermənistanın törətdiyi cinayətlərlə bağlı xüsusi dinləmə keçiriləcək

Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərlə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu, parlamentin İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyasının işləri planında əksini tapıb.

Plana Vətən müharibəsi dövründə Ermənistan tərəfindən törədilən cinayətlərin, Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində Azərbaycan vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsinin və Azərbaycan dövlətinə dəymiş ziyanın beynəlxalq instansiyalarda müvafiq iddialar əsasında gerçəkləşdirilməsinin hüquqi mexanizmləri ilə bağlı Milli Məclsidə xüsusi dinləmənin keçirilməsi daxil edilib.

Qeyd edək ki, həmin məsələyə komitənin bu gün keçirilən iclasında baxılması və təsdiq edilməsi gözlənilir.

Check Also

Vardanyanı biz həbs etməsəydik, İrəvanda Paşinyan həbs edəcəkdi” – Politoloq

Ermənistan parlamentinin sədri Alen Simonyan deyib ki, İrəvan Bakıda məhbus həyatı yaşayan sonuncu erməni evinə …