Cümə , 17 May 2024
Drone Cameras

Vətən müharibəsində Türkiyə istehsalı olan PUA-lar 900-ə yaxın hədəfi məhv edib

“Azərbaycanın Türkiyədən aldığı pilotsuz uçuş aparatı 44 günlük müharibədə bütün cəbhəboyu əməliyyatlarda istifadə olunub”.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin “TRTHaber” kanalı 44 günlük Vətən müharibəsi zamanı qardaş ölkənin istehsalı olan pilotsuz uçan aparatlarla (PUA) bağlı yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Türkiyədən aldığı PUA-lar Qarabağda qələbənin qazanılmasında əhəmiyyətli amillərdən biridir: “Türkiyə PUA-larının bu bacarığı dünya miqyasında savaş kansepsiyasını dəyişdirib”.

Bildirilib ki, PUA-lar Azərbaycan Ordusunun 30 ilə yaxın sürən Ermənistan işğalına son qoymasında açar rolu oynayan döyüş silahlarından ən təsirlərindən biri olub.

“PUA-lar tərəfindən müharibə zamanı zərərsizləşdirilən Ermənistanın hərbi avtomobillərinin ümumi maliyyə dəyəri 1 milyard dollar olub. 44 gün davam edən müharibədə PUA-lar 3 min saat fasiləsiz uçuş edib, 900-ə yaxın hədəfi məhv edib”, – məlumatda qeyd edilib.

Check Also

Norveçli səyahətçilər Şuşa şəhərində səfərdədir

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada səfərdədir. Boyukmillet.com …