“Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiya müraciət edən bəzi vətəndaşlarımız könüllü olaraq komissiyanının işinə köməklik etməsi ilə bağlı müraciətlər ediblər. Bu da tərəfimizdən müsbət qarşılanıb. Həmin vətəndaşlar komissiyaya könüllü qoşularaq digər vətəndaşlarımıza köməklik göstərirlər”.
Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov deyib.
“Vətəndaşların gediş-gəlişini və rahatlığını nəzərə alaraq əlavə olaraq yanvarın 18-dən iki səyyarın qrupun da yaradılmasına qərar verilib. Belə ki, həmin səyyar qruplardan biri Pirəşəkül qəsəbəsində, digəri isə Gəncə şəhərindəki hərbi hissənin ərazisində fəaliyyət göstərəcək”, – nazirlik rəsmisi bildirib.
Check Also
Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 35-ci ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində …