Çərşənbə , 18 Mart 2026
Drone Cameras

Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 376-ya çatıb, onlardan 69-u həlak olub

Ermənistan tərəfindən yerləşdirilmiş minalar Azərbaycan vətəndaşlarının təhlükəsizliyini və rifahını təhdid etməkdə davam edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu gün biri Azərbaycan Dövlət Sərhəd Xidmətinin, digərləri Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olmaqla 4 nəfər mina partlaması nəticəsində xəsarət alıb.

“2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının ümumi sayı 376-ya çatıb, onlardan 69-u həlak olub. Mina qurbanlarının sayının artması bu təhlükənin aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin təsirli tədbirlərinin görülməsinin zəruriliyini vurğulayırıq”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, bu gün Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı bu ilin aprelin 19-da əldə olunmuş razılaşma əsasında ölkəmizə geri qaytarılmış Qazax rayonunun Qızılhacılı kəndində Ermənistan tərəfindən basdırılmış minalar partlayıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan ikisinin ayağı amputasiya edilib.

Check Also

ABŞ Prezidenti İrana qarşı əməliyyata görə Çinə səfərinin təxirə salınacağını güman edir

ABŞ Prezidenti Donald Tramp martın sonu və ya aprelin əvvəlində Çinə planlaşdırılan səfərinin İrana qarşı …