Şənbə , 28 Sentyabr 2024
Drone Cameras

“VƏTƏN YAXŞIDIR” oxuyan şəhid Xudayar Yusifzadə

” VƏTƏN YAXŞIDIR” deyərək hərbçi yoldaşlarını ruhlandıran, cəsurluğu ilə örnək olan, şəhidlik zirvəsinə yüksələrək, nurlu siması ilə qəlblərdə heykəlləşən XUDAYAR Yusifzadə Azərbaycana,
el- obasına, ailəsinə, QƏHRƏMAN kimi döndü.
Bərdədə olarkən Şəhidin anası Radə xanımla görüşərək qaysaqlanmamış yarasına məlhəm olmaq istədik. Radə xanımla söhbət zamanı bir daha yəqin etdik ki, Radə xanım kimi analar Xudayarları yetişdirə bilərlər. Vətənə məhəbbət hissi də ailədə formalaşdığına bir daha əmin olduq. Radə xanım Xudayardan çox şəhid analarının halından danışırdı.” Mənim hələ iki oğlum vardır, oğulları vətəni qorumaq üçün böyüdürük. Ailənin tək övladı olan şəhid Elməddinin anası üçün çox çətindir” deyərək, onun halına acımasının şahidi olduq. Söylədi ki, biz şəhid anaları artıq həmdərd, həmsöhbət olmuşuq, Birdə ki, fəxr edirik ki, övladlarımız Vətən uğrunda, şərəfli bir yolda canlarını həvəslə qurban vermişlər.
Radə xanım Xudayarın bir çox Azərbaycan kişisinə xas olan cəhətlərindən söz açdı.
Xudayar Yusifzadə gözümüzdə daha da ucaldı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!??

Yasəmən Möhübbətqızı
“Dövlət və Qanun” qəzetinin baş redaktoru,
AJB-nin üzvü, Beynəlxalq Sülh Səfiri,
İSBAM sədrinin müşaviri
.


Check Also

Dilçiyimizin keşiyində dayanan nadir tədqiqatçı

Azərbaycanda dilçilik elmi sahəsində mühüm xidmətləri olan görkəmli alimlərimizdən biri də professor Nadir Məmmədlidir. Sentyabrın …