Bu bayram günlərində Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti Füzuli Məmmədov daha üç qaziyə ev bağışladı.
Vətənə dayaq olmağı hər kəs bacarmır. Hərə bunu bir cür anlayır, hərəkət edir. Bu yazıda məhz vətənə dayaq olandan danışacam …həyatında yeni bir ənənənin də əsasını qoyub. Həmin ənənəni ilk olaraq ulu öndər Heydər Əliyevin 94 illik yubileyində vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən iki hərbçimizə , düşmən hücumunu dəf edərkən şəhid olan iki şəhid ailəsinə ev bağışlamaqla başladı. Bu bayram günlərində daha üç müharibə iştirakçısına ev verildi. Təqdimat mərasimi maraqlı bir məkanda keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, ölkənin müxtəlif sahələrdən olan tanınmış şəxsləri iştirak etdi. Bu tədbir isə həm də insanların diqqətini həssas qruplara yönəltməyə xidmət edirdi. Axı belə insanların problemlərinin həllində dövlətlə birgə həm də daha çox cəmiyyət də dəstək olmalıdır. Çünki onlar dövləti, torpağı qoruduqları kimi həm də bizlərin əmin-aman yaşamasına görə fiziki sağlamlıqlarını itiriblər. Bu isə onların yüksək vətənpərvərliyindən xəbər verir. Belə insanlar isə cəmiyyət üçün örnəkdi. Vətən yolunda canından keçə bilmək örnəyi… Dövlətimizin həssas qruplara əsas diqqəti hər zaman onların sosial məsələlərinin güclənməsinə xidmət edir. Dövlət başçısı bu qrupların yüksək yaşayışı üçün çoxlu sərəncam və fərmanlar imzalayıb.Bu iş hər zaman davam etdirilir. Bu gün iş adamlarının xeyiriyyəçilik işində iştirak etmələri müsbət addımlardır. Cənab İlham Əliyevin hər zaman cəmiyyətin fərdlərinin həssas qruplara qayğı göstərməyə çağırışına dəstəkdir. Bu proses xeyriyyəçilik işi apara biləcək insanlar tərəfindən ləng getsə də, örnək olaraq Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti Füzuli Məmmədovun addımlarının digərləri tərəfindən də prosesə qoşulmasına şübhəsiz təkan olacaq. Bu isə dövlətimizin həssas qruplarla bağlı siyasətinin davamı ola bilər.
İki il öncə iş adamı Füzuli Məmmədovu tanıdım. Onda bir neçə müharibə əlilinin sosial məsələlərində problemlər var idi. Ayrı-ayrı zamanlarda Əsgər Ailələrinə Dəstək ictimai birliyi Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti Füzuli Məmmədovdan kömək istədi. Beş müharibə əlilinin mənzil məsələsinin həllində dəstək olmağını xahiş etdik. Tez bir zamanda müraciətlərimiz həllini tapdı. Onlar mənzillə təmin olundular. Ümumiyyətlə Ümumdünya Azərbaycan Mədəniyyət Fondu tərəfindən indiyə qədər 15 nəfərə mənzil bağışlanıb. Fevralın əvvəllərində xəstəxanada müalicə alan birinci qrup müharibə əlili Aqil Əhmədovla bağlı canlı yayımımdan bir neçə saat sonra Füzuli Məmmədovdan dəstək gəldi. Və budur, martın 17-də keçirilən Novruz tədbirində ona yeni evin sənədləri və televizor bağışlandı.
Elə bu tədbirdəcə daha iki nəfər qazimizə ev almaq xoşbəxtliyi nəsib oldu. Bu hələ son deyil. Ümumiyyətlə ev bağışlanan hər qazimizin mənzili elektrik avadanlıqları və yumşaq mebellə təchiz olunur.
Onu, Füzuli Məmmədovu tanıyanlar bilirlər ki, gördüyü xeyriyyəçilik işlərini heç də gündəmə gətirmir. Bu işlərin içində müxtəlif insanların sağlamlıqları ilə bağlı böyük məbləğ tutan müalicə, cərrahi əməlliyyat, tələbələrin təhsil haqqlarının ödənilməsi, bank borcları məsələsi, evlərin təmiri , imkansız vətəndaşların böyük və kiçik toyların edilməsi və s. kimi bilmədiyimiz şərəfli xeyriyyəçilik işləri durur.
Əsgər Ailələrinə Dəstək ictimai birliyi Vətənpərvərlik və xeyriyyəçilik fəaliyyətinə görə Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun Prezidenti cənab Füzuli Məmmədovu plaketlə təltif etdi. Maraqlı bir hədiyyəni Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi ictimai birliyinin sədri Şəbnəm Rəfaelqızının Novruza həsr edilmiş milli çalarları özündə əks etdirən əl işi oldu. Tədbirdə çıxış edən hər kəsin duaları var idi. Dövlətimiz var olsun. Xeyriyyəçi insanların isə sırası çoxalsın.
Füzuli Məmmədovun daha bir arzusu Azərbaycan diasporunun xarici ölkələrdə güclənməsi məsələsidir. Deyir ki, zamanında ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan diaspor fəaliyyətimiz indi cənab Prezident tərəfindən davam etdirilir. Bu prosesdə iş adamları daha fəal olmalıdılar. Çünki milli maraqların qorunması və Qarabağ çözümündə xaricdə yaşayan azərbaycanlıların rolu böyük olmalıdır. Bu işlərin aparılmasında böyük maddi resurslar tələb etsə də prossesdə iş adamlarının iştirakı diaspor hərəkatını canlandıra bilər. Bu missiyanı isə Füzuli Məmmədov uzun müddətdir davam etdirir. O, bir çox tədbirlərin təşkilatçısıdır. Bu işdə bütün imkanlarını səfərbər etməyə hazırdır, bunu Füzuli Məmmədov deyir. Füzuli müəllim həm də deyir ki, hər bir Azərbaycan vətəndaşının Prezidenti olan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, onu sevməli, dayaq olmalıyıq.
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı