Cümə , 19 Aprel 2024
Drone Cameras

Vasif Talıbov onlara maşın verdi

Naxçıvan Muxtar Respublikasına gətirilmiş 500 ədəd kommunal təyinatlı  konteyner və xidməti minik avtomobillərinin təqdimatı olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini- maliyyə naziri Səbuhi Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki  bazasının möhkəmləndirilməsi həyata keçirilir.

Səbuhi Məmmədov yeni məişət tullantıları konteynerlərinin təqdim olunmasını da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib, bu sahədə çalışan kollektivlərə  işlərində uğurlar  arzulayıb.

Qeyd edək ki, gətirilən  500 yeni konteynerdən 40-ı Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinə, qalanları isə muxtar respublikanın bütün rayon inzibati ərazi dairələri əhatə olunmaqla  yerlərdə  fəaliyyət göstərən  kommunal müəssisələri  kombinatlarına  və  bələdiyyələrə verilib.

Tədbirdə eyni zamanda Babək rayonunun Nehrəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyəsi, Cəhri kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və Sədərək rayonunun Heydərabad qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xidməti istifadə üçün yeni minik avtomobilləri təqdim edilib.

Vasif Talıbov onlara maşın verdi
Vasif Talıbov onlara maşın verdi

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …