Şənbə , 27 Aprel 2024
Drone Cameras

Üzərində ingiliscə söyüş yazılan köynəklər Bakıya necə gətirilir…

“Gənclərin üstünlük verdiyi geyimlər daha çox Çindən idxal olunur”

Son vaxtlar paytaxtda yerləşən müxtəlif  brend mağazalarda satılan paltarların üzərində xarici dillərdə vulqar ifadələr yazılmasına, eyni zamanda, gənc nəslin tərbiyəsinə təsir edən şəkillərlə bəzədilən paltarlara rast gəlinir. Belə bir hadisə bu günlərdə paytaxtda fəaliyyət göstərən mağazaların birində qeydə alınıb.

Belə ki, Bakıda yerləşən “New Yorker” mağazasında satılan köynək birmənalı qarşılanmayıb. Sözügedən köynəyin üzərinə ingiliscə söyüş yazılması sosial şəbəkədə həm müzakirəyə, həm də etiraza səbəb olub. Bildirilir ki, həmin köynək Bakının Əhmədli qəsəbəsində yerləşən “New Yorker” geyim dükanında satılır.

Müştəri məsələ ilə bağlı satıcılara irad bildirsə də, bunun heç bir faydası olmayıb.

Maraqlıdır, üzərində söyüş, gənclərin tərbiyəsinə mənfi təsir edəcək sözlər yazılan geyimlər ölkəyə necə gətirilir?

  • Natiq Cəfərli: “Gənclərin tərbiyəsinə təsir edəcək, üzərində söyüş yazılan hər hansı bir geyim və ya əşyanın ölkəyə gətirilməsi düzgün deyil”

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, bu tip köynəklərin ölkəyə gətirildiyi ehtimal olunur: “Nəzərə almaq lazımdır ki, toxuculuq sənayesində yerli istehsalın çəkisi azdır. Gənclərin üstünlük verdiyi geyimlər daha çox Çindən idxal olunur”. Həmsöhbətimizin dediyinə görə, gənclərin tərbiyəsinə təsir edəcək, üzərində söyüş yazılan hər hansı bir geyim və ya əşyanın ölkəyə gətirilməsi düzgün deyil. Qanunvericilikdə insanların əxlaqına, tərbiyəsinə təsir edəcək materialların reklamı qadağan olunub: “Aidiyyəti qurumlar bu məsələni xüsusi nəzarətə götürməlidirlər”.

İqtisadçı onu da vurğuladı ki, geyim məhsulları ölkəyə konteynerlər vasitəsilə gətirilir. Məlumdur ki, konteynerlərdə geyimlər bir-bir yoxlanmır: “Nəzərə almaq lazımdır ki, eyni vaxtda konteynerlərdə minlərlə məhsul gəlir. Geyimlərin bir-bir yoxlanması mümkün deyil. Artıq narkotik təbliğ edən köynəklər satışa çıxarılıbsa, qısa zaman ərzində həmin məhsulun topdan satışının kimlər tərəfindən həyata keçirildiyini və hansı yolla ölkəyə daxil olduğunu müəyyən etmək olar”.

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …