Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Venesuelanın sabiq prezidentinə həsr olunmuş serial çəkilib

Venesuelanın sabiq prezidenti Uqo Çavesə həsr olunmuş teleserial çəkilib.

Anadolu agentliyinin məlumatına görə, “Sony Pictures Television” şirkəti tərəfindən “Bogota” kinostudiyasında ekranlaşdırılan “Əl Comandante” adlı serial bu həftə Latın Amerikası ölkələrində, sonrakı aylarda isə ABŞ-ın “Telemunde” televiziya kanalında nümayiş olunacaq.

Hazırda 60 seriyası çəkilən çoxmetrajlı ekran əsərində Uqo Çavesin obrazını kolumbiyalı aktyor Andres Parra canlandırır. Serialda sabiq prezidentin hakimiyyətə gəldiyi gündən vəfatınadək olan dövrdə gördüyü işlər, yürütdüyü siyasət və qonşu dövlətlərlə münasibətlərindən bəhs olunur.

Qeyd edək ki, 1999-cu ildə hakimiyyətə gələn Uqa Çaves 2013-cü ildə Kolumbiyada vəfat edib.

 

http://azertag.az/

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir