Bazar ertəsi , 25 Sentyabr 2023

Azərbaycan karateçisi Parisdə beynəlxalq turnirin gümüş medalını qazanıb

Milli komandamızın favoritlərindən İrina Zaretska (68 kq) Parisdə karate üzrə 1-ci kateqoriyalı Premyer Liqa yarışında gümüş medal qazanıb. Niyazi Əliyev (67 kq) isə bürünc medal uğrunda son təsəlliverici görüşdə qələbəni əldən verib.

AZƏRTAC xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) nüfuzlu turnirlər seriyasından olan yarışda milli komandamızın bir neçə üzvü iştirak edib. Onlardan Roman Heydərov (kata) səhhətində yaranan problemlə əlaqədar, Sərxan Quluzadə (84 kq-dan yuxarı) isə zədə üzündən mübarizəni davam etdirə bilməyib.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-nin Texniki Komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə Fransaya yollanan heyətdə beynəlxalq hakimlər Yusif Məmmədov və Anar Allahverdiyev turniri idarə edən hakimlər arasında olublar.

Check Also

AVF rəhbərliyi CEV-in yubiley tədbirində iştirak edib

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Voleybol Konfederasiyasının (CEV) yaradılmasının 50-ci ildönümü münasibətilə Romada təşkil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir