Cümə , 5 Dekabr 2025
Drone Cameras

Vilnüs aeroportuna bomba təhlükəsi ilə bağlı anonim zəng daxil olub

Vilnüs hava limanına son iki gün ərzində ikinci dəfə bomba təhlükəsi ilə bağlı anonim zəng daxil olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə LRT portalı yazıb.

“Dünən axşam rus dilində danışan bir kişi məlumat mərkəzinə zəng edərək, tezliklə işə düşəcək partlayıcı qurğu quraşdırdığını bildirib. Polis təhlükəsizlik xidmətləri ilə birlikdə hava limanını diqqətlə yoxlayıb, lakin heç bir partlayıcı maddə və ya şübhəli əşya aşkar edilməyib”, – hava limanının mətbuat xidmətindən bildirilib.

Zəng edənin şəxsiyyəti hələ müəyyən edilməyib. Litvada ictimai təhlükəsizliyə təhdid və ya fövqəladə vəziyyət barədə yalan məlumat vermək ictimai işlərə cəlb edilmə, cərimələnmə və bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …