Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

Virusdan 210 nəfər ölüb, hakimiyyət gizlədir

İranda ən az 210 nəfər tüğyan edən koronavirus xəstəliyinə yoluxaraq ölüb.

Boyukmillet.com xəbər verir ki, bu haqda məlumatı BBC yayıb. Xəbərdə deyilir ki, səlahiyyətli nümayəndələr rəsmi olaraq, 34 nəfərin öldüyünü açıqlayıb. Ümumilikdə ölkədə 388 nəfər koronavirusa yoluxub, lakin bu rəqəm daha yüksək ola bilər.

Dünən isə isə, İran parlamentinin koronavirusun yayılması təhlükəsi səbəbindən dayandırıldığı məlum olub. Bu ərəfədə ölkənin qadın və ailə işləri üzrə vitse-prezidenti Məsumə Ebtekarda, eləcə də milli təhlükəsizlik komitəsinin sədri Məclis Mötaba Zonnurda və deputat Mahmud Sadekidə koronavirus aşkarlandığı bildirilir.

İranda koronavirusun ilk yoluxma halları fevralın 19-da məlum olub. Koronavirus epidemiyası şübhəsi ilk öncə İranın Səhiyyə nazirinin müavini İrəc Harirçidə tapılıb.

Fevralın 28-dən bəri koronavirusun yayılması ilə əlaqədar olaraq, Rusiya İranla avia uçuşları məhdudlaşdırıb. Yalnız “Aeroflot” və İranın “Mahan Air” aviaşirkəti iki ölkə arasında planlı uçuşlar həyata keçirəcək.   

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …